Almaniyada Xristian Demokratik Birlik Partiyasının yeni hökumətinin nazirləri bəlli oldu!
Tarix: 28-04-2025 | Saat: 13:06
Bölmə:Özəl | çapa göndər

Almaniyada Xristian Birlik Partiyaları (CDU/CSU) və Sosial Demokrat Partiyasının (SPD) quracağı yeni hökumətdəki Xristian Demokrat Birlik Partiyasının (CDU) nazirləri açıqlanıb. Türkiyə əsilli millət vəkili Serap Gülər Xarici İşlər Nazirliyində dövlət naziri olacaq.
Açıqlamada CDU/CSU parlament qrupunun deputatı Yohann David Wadephulun Xarici İşlər Naziri, CDU-nun türk əsilli millət vəkili Serap Gülərin Xarici İşlər Nazirliyində dövlət naziri, CDU/CSU parlament qrupunun Avropa siyasəti sözçüsü Günter Kriçbaumun isə Avropa məsələləri üzrə dövlət naziri vəzifəsinə təyin ediləcəyi bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, Westenergie şirkətinin İdarə Heyətinin sədri Katherina Reiche İqtisadiyyat və Energetika Nazirliyini, 2009-cu ildən millət vəkili olan Patrick Schneider Nəqliyyat Nazirliyini, Karin Prien isə CDU sədrinin müavini və Holqşt əyalətinin naziri vəzifəsinə təyin ediləcək.
XDİ-nin bu gün keçirəcəyi “kiçik qurultay”da nümayəndələr koalisiya protokoluna səs verəcəklər.
CSU aprelin 10-da protokolu təsdiqlədi.
Yeni kabinetin mayın 6-da and içməsi planlaşdırılır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər