Novruzəli Aslanov: “Çin ilə Azərbaycan arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlığın genişləndirilməsi ölkəmiz üçün çox önəmlidir”
Tarix: 28-04-2025 | Saat: 13:05
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixində Çinin CGTN telekanalında yayımlanmış müsahibəsində Azərbaycan-Çin münasibətlərini formalaşdıran əsas amillər, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və prioritet istiqamətləri barədə önəmli açıqlamalar öz əksini tapmışdır. Qeyd edək ki, bu müsahibəni dövlətimizin başçısı aprel ayının 23-24-də ÇXR-ə etdiyi rəsmi dövlət səvəri zamanı vermişdi. Məlum olduğu kimi, ölkələrimiz arasında əlaqələrin formatını nizamlayan ən mühüm sənəd 2023-cü il iyulun 3-də qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dir. Bu sənəd cənab Prezident İlham Əliyevin iki il əvvəl Astanada keçirilən ŞƏT sammitində iştirakı zamanı, ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüşü əsnasında imzalandıqdan sonra Azərbaycan ilə Çin rəsmi strateji tərəfdaşlara çevrildilər. Bu gün isə artıq ölkələrimiz arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat və bundan başqa daha 19 mühüm sənəd imzalanmışdır. Bu sənədlər Azərbaycan ilə Çin arasında ikitərəfli əlaqələrin geniş gündəliyini ehtiva edir. Ən əsası isə budur ki, cənab Prezident İlham Əliyevin öz müsahibəsində vurğuladığı kimi, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirirlər.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra millət vəkili Çin Xalq Respublikası ilə Azərbaycan arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlığın genişləndirilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq bunları deyib: “Artıq bir neçə müddətdir ki, Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırlar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, artıq imzalanmış və hazırda icra fazasında olan müqavilələr 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji hasilatını nəzərdə tutur. Beləliklə, beş ildən sonra Azərbaycan demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacaq. Bu isə o deməkdir ki, ölkə elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıra biləcək. Başqa sözlə desək, elektrik enerjisi bərpaolunan enerji resurslarından əldə ediləcək və qənaət edilmiş təbii qaz beynəlxalq bazarlara ixrac olunacaq. Bu da öz növbəsində həm böyük mənfəət, həm də daxili ehtiyaclarımız üçün enerjiyə qənaət olunması deməkdir. “Aydındır ki, Azərbaycan ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Cənab Prezident İlham Əliyevin Çinə rəsmi dövlət səfəri çərçivəsində imzalanmış Azərbaycan-Çin sənədləri də bunu deməyə əsas verir ki, ölkəmizlə əlaqələrin qurulmasında qarşı tərəf də olduqca maraqlıdır ” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2025
13:12 Qazaxda mina partladı