Mobil versiya
Prezident İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da mökəmlənməsinə təkan verəcək - Azər Kərimli
Tarix: 28-04-2025 | Saat: 14:41
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Prezident İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da mökəmlənməsinə təkan verəcək

Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. Müstəqillik illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Pekində Azərbaycan və Çin arasında imzalanan 21 sənəd, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi və daha da inkişaf etdirilməsinə töhfə verəcək. İmzalanan sənədlərin əhəmiyyəti bir neçə əsas sahədə özünü göstərir. İlk növbədə qeyd etmək lazımdır ki, imzalanan sənədlər, Azərbaycan və Çin arasındakı ticarət əlaqələrinin gücləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına və ümumilikdə iqtisadi əməkdaşlığın genişlənməsinə yönəlmişdir. Bu, xüsusilə Çin Xalq Respublikasının "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycana verdiyi strateji dəstəkdən irəli gəlir. Azərbaycan, Çinin Avrasiyada iqtisadi gücünün artmasında maraqlıdır və bundan faydalanmaq istəyir.

Çin ilə Azərbaycan arasında imzalanan sənədlər həmçinin, mühüm infrastruktur layihələri üzrə əməkdaşlıq və investisiyalar məsələlərini əhatə edir. Bu, öz növbəsində Çinin Azərbaycanda dəmiryol, liman, logistika və nəqliyyat infrastrukturuna qoyduğu investisiyaların genişlənməsinə yol açacaq. Ölkəmiz enerji resursları baxımından zəngin bir ölkədir və Çinin enerji bazarına daxil olmasına imkan verən bir çox imkanlar təqdim edir. Bu sənədlər enerji təhlükəsizliyi məsələlərini də əhatə edir. Çin və Azərbaycan arasında mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyan sənədlər də mövcuddur. Bu sahədə daha çox tələbə mübadiləsi, mədəni tədbirlər və turizmin təşviqi ilə əlaqədar layihələr nəzərdə tutulur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə səsləndiridiyi: “Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki, əlbəttə, biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var - Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər.” - fikri ölkəmizdə Çin vətəndaşlarının istirahəti üçün kifayət qədər geniş imkanların olduğunu göstərir.

Çin və Azərbaycan arasında imzalanmış sənədlər iki ölkə arasında texnoloji tərəfdaşlığın artırılması, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və inovativ sahələr üzrə əməkdaşlığın genişlənməsinin də vacib məsələlərdən olduğunu təsdiqləyir. Strateji siyasət və diplomatik əməkdaşlıq sənədləri beynəlxalq məsələlərdə qarşılıqlı dəstək və diplomatik əməkdaşlığın genişlənməsini, eləcə də BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində daha yaxın münasibətlərin qurulmasına özündə ehtiva edir. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət səfəri çərçivəsində imzalanan bu sənədlər Azərbaycanın Çin ilə münasibətlərinin daha da möhkəmlənməsinə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına təkan verəcək.

Azər Kərimli
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2025