Mobil versiya
Cənab Prezident İlham Əliyevin Çinə dövlət səfəri strateji tərəfdaşlığı daha da dərinləşdirəcək
Tarix: 28-04-2025 | Saat: 11:04
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyevin Çinə dövlət səfəri strateji tərəfdaşlığı daha da dərinləşdirəcək

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri bir daha göstərir ki, Qlobal Cənubun mühüm üzvləri olan hər iki ölkə çoxtərəfli platformalarda sıx əməkdaşlığı dəstəkləyir, Asiya və Cənubi Qafqaz bölgələrini birləşdirən beynəlxalq ədaləti müdafiə edirlər
Çin kimi, Azərbaycan da Qlobal Cənubun mühüm üzvləri kimi çoxtərəfli platformalarda sıx əməkdaşlığı dəstəkləyir və beynəlxalq ədaləti səmərəli şəkildə müdafiə edir. Hazırda Çinlə Azərbaycan biri-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərinə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdərək etibarlı tərəfdaşlar kimi siyasi, iqtisadi, nəqliyyat-kommunikasiya sahələrində əlaqələrini genişləndirirlər. Hər iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı, münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, müsbət dinamikaya malik münasibətlər Asiya və Cənubi Qafqaz bölgələrini birləşdirən başlıca amildir. Hər iki ölkənin rəsmi nümayəndələrinin qarşılıqlı səfərləri, ÇXR-in Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə kimi dəyərləndirilib.
Prezident İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşündə iki ölkə arasında davamlı inkişaf, qazanılan nailiyyətlər yüksək dəyərləndirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxan münasibətlər regional əhəmiyyəti ilə də fərqlənir. Azərbaycanın daim «Vahid Çin»” siyasətini dəstəkləyir.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətlərin əks olunduğu «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında» Birgə Bəyanatın imzalanması qarşılıqlı siyasi etimadın nümunəsidir. Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı imzalanan sənədlər, qarşıdurmaya yönəlmiş geosiyasi oyunların qeyri-məhsuldar adlandırılması dövlət başçılarının diplomatiyasının və ən yüksək səviyyədəki mühüm razılaşmalarının ifadəsi idi.
Beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi ilə bağlı razılıqlar Asiya və Cənubi Qafqaz ölkələrinin birgə fəaliyyətini təsdiqləyən amil kimi dəyərləndirildi. «Bir kəmər, bir yol» təşəbbüsünün , Azərbaycanın İpək Yolunun dirçəldilməsi ilə bağlı ” göstərdiyi səylər dəstəkləndi, 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyaları barədə razılıqlar əldə olundu. Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunun gücləndirilməsi tövsiyə olundu.
Bəyanatda qeyd olunduğu kimi, tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər. Azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamaq təklifi dəstəkləndi. Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə edirlər. İki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edən bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığa diqqətin artırılması başlıca məsələ kimi bəyənatda qeyd olundu. Hökumətlər arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanması yüksək qiymətləndirildi. Qeyd edildiyi kimi, Çin təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıqda maraqlıdır.
Mədəniyyət , turizm, idman, kinemotoqrafiya və televiziya sahələrində əməkdaşlığına ələaqələrin humanitar siyasəti kimi diqqətinartırılması tövsiyə olundu. Çinin Azərbaycanın minatəmizləmə işinə dəstəyi yüksək qiymətləndirildi. Azərbaycanın Çinin BMT-də irəli sürdüyü «Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü»”nün elan edilməsinə dair qətnaməsi yüksək dəyərləndirildi.
Göründüyü kimi, Prezident İlham Əliyevin Çinə dövlət səfəri beynəlxalq səviyyəli təşəbbüslərlə zəngin olmaqla, dünya siyasətinə verəcəyi töhfələr baxımından da yaddaqalan oldu.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2025