Mobil versiya
Çaylarda sululuq artıb
Tarix: 28-04-2025 | Saat: 10:03
Bölmə:Ölkə | çapa göndər

Çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Milli Hidrometeoroloji Xidmətdən aia.az-a verilən məlumata görə, avtomat hidroloji stansiyaların aprelin 28-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 25 sm, Qusarçay-Kuzunda 19 sm, Qarasuçay-Zərdabda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 2 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 158 m3/san olmaqla normanın 89%-ni təşkil edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2025