Mobil versiya
51 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma başladı
Tarix: 21-04-2025 | Saat: 14:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

51 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma başladı

Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

aia.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Xətai rayonu "Venesiya" şadlıq evindəki kütləvi zəhələnmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub. Zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2025