Ana Sayfa > Karusel / Ölkə > 51 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma başladı
51 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma başladıDünən, 14:00. Yazar: sevinc1 |
![]() Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. aia.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Xətai rayonu "Venesiya" şadlıq evindəki kütləvi zəhələnmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub. Zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub. Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib. aia.az Geri dön |