Mobil versiya
Yardımlıda narkokuryerlər saxlanıldı
Tarix: 21-04-2025 | Saat: 13:54
Bölmə:Ölkə | çapa göndər

Yardımlıda narkokuryerlər saxlanıldı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 37 Natiq Baxışov və 40 yaşlı Tural Şıxıyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan aia.az-a verilən məlumata görə, onlardan ümumilikdə 13 kiloqram marixuana və 4558 ədəd ədəd metadon həbi aşkarlanıb. T.Şıxıyev və N.Baxışovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2025