Mobil versiya
Türkiyədə ən böyük narkotik əməliyyatı - 566 nəfər saxlanıldı
Tarix: 21-04-2025 | Saat: 09:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyədə ən böyük narkotik əməliyyatı -

Türkiyə tarixində hüquq-mühafizə orqanları tərəfindən ən böyük narkotik əməliyyatı keçirilib.

aia.az xəbər verir ki, Ankara Qərbi və Ankara Baş Prokurorluğu tərəfindən aparılan “Narkokapan-Ankara” əməliyyatında 566 nəfər saxlanılıb.

Aprelin 17-dən başlayan əməliyyatlarda Ankara mərkəzli 14 vilayətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilən şübhəlilər əməliyyat tədbirləri nəticəsində tutulub.

566 nəfər barəsində istintaqa cəlb edildikləri məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2025