Mobil versiya
Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd İMZALADI
Tarix: 18-04-2025 | Saat: 09:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib.

aia.az-ın məlumatına görə, sazişin təsdiqi barədə məlumat “Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib.

Sazişə əsasən tərəflər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edirlər və bu əməkdaşlığı genişləndirmək istəyirlər; enerji təhlükəsizliyinin təmin edilməsində bir-birinin və Avropa ölkələrinə eneıji təchizatı mənbələrinin şaxələndirilməsində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının mühüm rolunu təsdiq edirlər; Trans-Anadolu Təbii Qaz Boru Kəməri Sistemi (“TANAP”), Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Xam Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri və “Şahdəniz” yatağının 1-ci və 2-ci mərhələsindən təbii qazın alqı-satqısı üzrə uğurlu əməkdaşlığı vurğulayıblar. Sazişdə əməkdaşlıqla bağlı digər razılaşmalar da əksini tapıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025