Ana Sayfa > Karusel / Ölkə > Daşkəsəndə hərbçi 3-cü mərtəbədən yıxıldı
Daşkəsəndə hərbçi 3-cü mərtəbədən yıxıldı10-04-2025, 10:08. Yazar: sevinc1 |
![]() Daşkəsəndə 36 yaşlı kişi 3-cü mərətəbədən yerə yıxılıb. "Unikal"ın məlumatına görə, hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasında baş verib. Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini 1989-cu il təvəllüdlü E.Hümbətov 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb. Yıxılan 36 yaşlı E.Hümbətov dərhal xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, E.Hümbətov qonaq getdiyi evdən yıxılıb. Qeyd edək ki, 3-cü mərtəbədən yıxılan E.Hümbətovun hərbçi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |