TikTok çirkin məqsədləri gerçəkləşdirmək üçün ən geniş meydançadır
Tarix: 21-03-2025 | Saat: 13:42
Bölmə:Gündəm | çapa göndər

Sosial şəbəkələr arasında ən məsuliyyətsizi olan və buna görə bir çox ölkələrdə məhdudlaşdırılan TikTok-un yayımı ya qadağan edilib, ya da məhdudlaşdırılıb. Dünyanın ən demokratik ölkələrindən hesab olunan Norveç, Niderland, Danimarka, Kanada və Yeni Zelandiyada TikTokun yayımını məhdudlaşdırılıb.
Azərbaycanda məhdudiyyətsiz yayım sözünün məsuliyyətini anlamayan, ağlına və ağzına gələni ifadə etməyə meydan qazananlar heç bir məsuliyyət olmadan istədiklərini yazır, video paylaşır. TikTok öz çirkin məqsədlərini gerçəkləşdirmək üçün də ən geniş meydançadır. Məsələn, Suraxanı rayonunda bir sakin şəxsi evinin hasarını bərpa etmək üçün bir təmir işi aparır. Heç bir ünvanı olmayan, faktiki anonim fəaliyyət göstərən biri də həmin hasarın şəklini çəkərək yayımlayır və bu zaman rayonun icra başçısı Adil Əliyevin şəklini yayımına əlavə edir. Başqa qrumların adını çəkir, onları dırnaqarası qanunsuzluğa göz yummaqla ittiham edir.
Ümumiyyətlə, anonim fəaliyyət imkanı TikTok-un ən qorxulu tərəfidir.
Belçika hökumət məmurlarının iş telefonlarında “TikTok”dan istifadə etməyə qadağa qoyub. Belçika hökuməti bu mövqeyini TikTok-un Çin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməsi ilə izah edib. TikTok-un yayımına məhdudiyyətlər qoyan Norveç, Niderland, Danimarka və digər ölkələr də əsas olaraq təhlükəsizlik məsələsini göstəriblər. Azərbaycanda da TikTok-un yayımının yenidən dəyərləndirilməsinin vaxtıdır.
Arzuman Loğmanoğlu
Sozcu.info
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-03-2025
09:22 Corc Forman vəfat etdi
21-03-2025