Mobil versiya
Paşinyan sülh sazişinin mətninin açıqlanacağı vaxtı bəyan etdi
Tarix: 22-03-2025 | Saat: 09:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

Paşinyan sülh sazişinin mətninin açıqlanacağı vaxtı bəyan etdi

Ermənistanın baş Naziri Nikol Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinin mətninin nə vaxt açıqlanacağından danışıb.

aia.az xəbər verir ki, Paşinyan İctimai Televiziyada deyib ki, sülh sazişinin mətni yalnız müqavilə imzalanandan sonra ictimaiyyətə açıqlanacaq.

“Biz bu sənədi Azərbaycanla ictimailəşdirmək imkanını müzakirə edirik, çünki biz onu imzalamağı təklif edirik. Biz onu imzalayan kimi ictimaiyyətə açıqlanacaq”.

Paşinyan erməni ictimaiyyətini əmin edib ki, müqavilə faydalı sənəddir.

"Əgər indi həm Ermənistan, həm də Azərbaycan danışıqları razılaşdırılmış mətnlə yekunlaşdırıbsa, deməli həm Ermənistan, həm də Azərbaycan bunu özləri üçün faydalı sənəd hesab edir", - Paşinyan bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə