Mobil versiya
İran prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Tarix: 22-03-2025 | Saat: 09:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

İran prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

"Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hicri-şəmsi təqvimi ilə 1404-cü ilin başlanğıcı olan Novruz bayramı münasibətilə Sizi və Azərbaycan Respublikasının hörmətli xalqını səmimi-qəlbdən təbrik edirəm".

aia.az xəbər verir ki, bu sözlər İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

Prezident Məsud Pezeşkianın təbrik məktubunda deyilir: “Bahar təbiətin ahənginin təcəssümüdür, mehribanlıq, şəfqət və həyatın yenilənməsinin mənbəyidir. Ümid edirəm ki, bu yeni il bizim ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək.

Uca Allahdan Zati-alinizə cansağlığı və uğurlar diləyir, Azərbaycan Respublikasının xalqına isə xoşbəxtlik və tərəqqi, o cümlədən Novruz bayramını qeyd edən xalqların regionunda əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsini arzulayıram”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə