Mobil versiya
Gədəbəydə qar uçqununa düşən əsgərin cənazəsi ailəsinə təhvil verildi
Tarix: 22-03-2025 | Saat: 09:26
Bölmə:Ölkə | çapa göndər

Gədəbəydə qar uçqununa düşən əsgərin cənazəsi ailəsinə təhvil verildi

Gədəbəydə qar uçqununa düşən əsgərin cənazəsi ailəsinə təhvil verilib.

aia.az Trend-ə istinadla xəbər verir ki, 19 mart tarixində Azərbaycan Respublikasının Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində qar uçqununa düşən əsgər Həmidov Rüstəm Ruslan oğlunun tapılan meyiti ailəsinə təhvil verilib.

Əsgər R.Həmidovun ailəsi Bərdə şəhərində məskunlaşdığından onun cənazəsi yaşadığı ünvana gətirilib.

R.Həmidov bu gün Bərdə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri dünən aşkar edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə