Mobil versiya
Siyavuş Novruzov parlamentin iclaslarında niyə iştirak etmir?
Tarix: 21-03-2025 | Saat: 09:13
Bölmə:Manşet / Ölkə | çapa göndər

Siyavuş Novruzov parlamentin iclaslarında niyə iştirak etmir?

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov son dövrlər parlamentin iclaslarında iştirak etmir.

aia.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, S.Novruzovun Milli Məclisin iclaslarındakı bəzi çıxışları birmənalı qarşılanmayıb. Hətta bir müddət öncə MM-də onunla söhbət aparılıb. Bundan sonra deputat parlamentin iclaslarına qatılmayıb.

Bir neçə gün öncə Baş nazir Əli Əsədovun Milli Məclisdə hesabatı zamanı da S.Novruzovun iclasda iştirak etməməsi diqqət çəkib.

Bu gün isə S.Novruzovun əməliyyat olunduğu məlum olub.

Belə ki, Manset.az-ın məlumatına görə, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib. S.Novruzov idman edərkən diz nahiyəsini zədələyib. O, dövlət xəstəxanalarının birində əməliyyat olunub. Hazırda xəstəxanada müalicə prosesləri davam etdirilir.

Lakin onun parlamentin iclaslarında iştirak etməməsinin əsas səbəbinin bu olmadığı bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə