Mobil versiya
Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri Novruz bayramı günlərində ziyarət edilib -Fotolar
Tarix: 20-03-2025 | Saat: 20:07
Bölmə:Ölkə | çapa göndər

Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri Novruz bayramı günlərində ziyarət edilib

Novruz bayramı günlərində abşeron rayonunda şəhidlərimizin məzarları və ailə üzvləri ziyarət olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev İkinci Fəxri Xiyabanda, Xırdalan şəhərindəki və Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında uyuyan Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərən şəhidlərimizin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad edib.

Daha sonra şəhidlərimizin ailə üzvləri ilə görüşüb onların qayğıları ilə maraqlanıb.

Ziyarət və görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti və siyasi iradəsi, o cümlədən igid oğullarımızın qəhrəmanlığı, şücaəti sayəsində 44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovaraq Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, rayonun bütün kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanlarında uyuyan şəhidlərimizin məzarları RİH əməkdaşları, nümayəndəlik və yerli bələdiyyələr tərfindən ziyarət olunub, ailələri ilə görüşülərək Novruz bayramları təbrik edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə