Mobil versiya
Trampdan İrana hədələyici sözlər: Dərhal kəsin
Tarix: 19-03-2025 | Saat: 21:49
Bölmə:Özəl | çapa göndər

Trampdan İrana hədələyici sözlər: Dərhal kəsin
ABŞ prezidenti Donald Tramp sosial media hesabından açıqlama verərək İranı Yəməndə husilərə verdiyi dəstəyi “dərhal” dayandırmağa çağırıb.Truth Social hesabından açıqlama verən Tramp husilərə görə bir daha İranı günahlandırıb. İranın husilərə göndərdiyi hərbi texnikanın azaldığını qeyd edən Tramp, "Ancaq İranın hələ də böyük miqdarda material göndərməyə davam etdiyinə dair məlumatlar var. İran bu materialların göndərilməsini dərhal dayandırmalıdır" deyib.
Husilərin İranın dəstəyi olmadan təkbaşına döyüşməli olduğunu müdafiə edən Tramp, "Hər halda müharibəni uduzacaqlar, ancaq bu yolla daha tez itirəcəklər. Tamamilə məhv olacaqlar" deyib. qiymətləndirməsini etdi.

YƏMƏNƏ HAVA HÜCUMLARI

Husilər martın 7-də verdikləri açıqlamada, yardımların Qəzzaya daxil olması üçün İsrailə 4 gün vaxt verdiyini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını bildiriblər.

TRAMP TƏLİMATLAR VERDİ
ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth Social” platforması hesabında orduya Yəməndə husilərə qarşı “böyük hücum”a başlamaq göstərişi verdiyini açıqlayıb.

Husilərin lideri Əbdülməlik əl-Husi açıqlamasında ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını, hücumlarını davam etdirdikləri müddətcə dəniz səfərlərindəki maneələrin Vaşinqtonu da əhatə edəcəyini bildirib.

Husilər ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla bəzi şəhərlərə endirdiyi hava hücumlarında 53 nəfərin öldüyünü, 98 nəfərin yaralandığını açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2025