Xalqla birlikdə, xalqın içərisində olmaq xoşbəxtliyi
Tarix: 19-03-2025 | Saat: 14:39
Bölmə:Manşet / Karusel / Özəl / Gündəm / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
İşğaldan azad olunmuş torpaqlarımızda həyat yenidən dirçəlir, yeni layihələr həyata keçirilir, kəndlərin, şəhərlərin təməli qoyulur. Böyük Qayıdış Proqramı sürətlə həyata keçirilir. Əhali məskunlaşmasının yeni formalarının tətbiqi, “ağıllı” kənd, “ağıllı” şəhər layihələrinin həyata keçirilməsi doğma Qarabağımızın gözəl gələcəyindən xəbər verir.
Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. 30 il ərzində yurdundan, yuvasından ayrı düşmüş, məhrumiyyətlər içərisində yaşamış insanların tez bir zamanada doğma el-obalarına qaytarılması bir nömrəıi vəzifə elan edilib.
İndiki geosiyasi şəraitdə, qaynar siyasi təlatümlər dövründə cənab Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda kəndlərin, qəsəbələrin, sənaye obyektlərinin, yol və körpülərin təməli qoyulandan istifadəyə verilənə qədərki bütün prosesə tam rəhbərlik və nəzarət edir, doğma ocaqlarına qayıdan insanlara sevinc və fərəh hissi ilə yeni evlərinin açarlarını təqdim edir. Ölkə başçısı hər addımında xalqa, Vətənə məhəbbətlə bağlılıq nümunəsi göstərir, xalqa xidmətin örnəyini sərgiləyir.
Növbəti səfərlərindən birini martın 18-də Ağdərənin Suqovuşan və Həsənriz kəndlərinə edən cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər iki kənddə mehribanlıqla qarşılanmış, bayram ovqatı ilə yaşayan insanların sevincinə sevinc qatılmışdır.
Ölkəmizin başçısı bu kəndlərdə tikintisi başa çatmış fərdi yaşayış evlərinin və yaşayış komplekslərinin məhz bu gün ilaxır çərşənbə günündə sakinləri qoynuna almasından məmnunluq hissi keçirərək prosesin davam edəcəyini, Qarabağın tam məskunlaşması, inkişafı üçün lazım olan hər şeyin ediləcəyini bir daha vurğulamışdır.

Cənab Prezident İlham Əliyevə məlumat verilmişdir ki, Suqovuşan kəndinə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunub. Ərazisi 6 hektar olan kom¬pleks¬dəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.
Həsənriz kəndində olan 606 evdən 92 ev təmir edilib və 50 ailə artıq köçüb. Mart ayının sonunda daha 40 ailə də köçəcək. İki mərhələdə isə 192 evin təmiri və bərpası nəzərdə tutulub.
Hər iki kənd sakinləri ilə səmimi dialoq aparan ölkə başçısı bildirib ki, Suqovuşan kəndi İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var.”
Ölkəmizin başçısı qeyd edib ki, bugünkü nailiyyətləri əldə etmək üçün uzun bir yol qət etmişik. Iqtisadiyyatı inkişaf etdirmək, güclü ordu yaratmaq, ordunu təchiz etmək, və vətənpərvər ruhda gənc nəsil yetişdirmək kimi vəzifələrin öhdəsindən gəlmək lazım idi. Heç kimin kömək etmədiyi bir şəraitdə bunlara nail olmaqla 30 illik işğala son qoyduq və Zəfərlə, qalibiyyətlə torpaqlarımıza qayıdışın əsasını qoymuş olduq. “ İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir” – deyə fikirlərini bildirən ölkə başçısı xüsusi olaraq vurğulayıb ki, bütün maneələrə və əngəllərə baxmayaraq, Silahlı Qüvvələrimiz qarşısına qoyulmuş vəzifəni ləyaqətlə yerinə yetirərək tam qələbəyə nail olmuşdur. Xalqın iradəsi, əzmi, hakimiyyətlə birliyi, milli məsələdə bütün qüvvələrin birləşməsi bizim ən böyük nailiyyətimizdir.

Xarici qüvvələrin, xüsusən Minsk qrupunun Ermənistanın arxasında durduğundan onlar hesab edirdilər ki, bu proses illərlə davam edəcəkdir: “Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi.”

Səmimi duyğularını ifadə edən cənab Prezident İlham Əliyev ənənəvi olaraq bayram tonqalını yandırmış, sakinlərlə birlikdə bu gözəl günü qeyd etmişdir.
Bəli, bu bir dövlət rəhbərinin, Müzəffər Ali Baş Komandanın milli-mənəvi dəyərlərə, torpağa, Vətənə bağlılığının, xalqa sədaqətinin ən bariz nümunəsi kimi dəyərləndirilir, ona olan el məhəbbətini artırır. Xalqına və onun müdirlkliyinə arxalanaraq müstəqil siyasət yeridən, ölkəni və cəmiyyəti inkişafa aparan Liderin adi iş günlərindən biri də martın 18-də oldu. Hər anı və hər saatı tarixləşən, yaddaşlara yazılan bir gün. Bu günün özəlliyi isə dövlət başçımızın həmişəki kimi xalqla birlikdə, xalqın içərisində olması idi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-03-2025