Mobil versiya
Bu tarixdə ilin ilk Günəş tutulması olacaq
Tarix: 19-03-2025 | Saat: 13:39
Bölmə:Ölkə | çapa göndər

Bu tarixdə ilin ilk Günəş tutulması olacaq

Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.

Bu barədə aia.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd edilib ki, bu hadisə 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Belə ki, martın 29-u saat 12:50:35-də başlayıb saat 16:43:25-də sona çatacaq.

Tutulma maksimum saat 14:48:36-da olacaq. Qismən tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bu, yalnız Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Qeyd edək ki, Günəş tutulması adi astronomik hadisədir. Heç bir canlı üçün təhlükə törətmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2025