Pakistan təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən qaçırılan qatardan 155 sərnişini azad edib
Tarix: 12-03-2025 | Saat: 09:57
Bölmə:Özəl | çapa göndər

Pakistanda ötən gün Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının silahlıları tərəfindən qaçırılan qatarda olan 155 sərnişin azad edilib. TASS Geo telekanalına istinadən xəbər verir ki, eyni zamanda 30-a yaxın terrorçu məhv edilib.
Qalan girovların azad edilməsi üçün xüsusi əməliyyat davam edir. Ümumilikdə hücumçular 450 nəfəri əsir götürüblər. Hücumda iştirak edən ekstremistlərin dəqiq sayı məlum deyil. Həmçinin azad edilmiş 17 girov təcili tibbi yardım üçün xəstəxanaya yerləşdirilib. Yaraqlıların girovlardan canlı qalxan kimi istifadə etməsi əməliyyatı çətinləşdirir.
Məlumata görə, yaraqlılar qatarı Əfqanıstan və İranla sərhədlərə yaxın ucqar bölgəyə aparıblar. Kanalın hüquq-mühafizə orqanlarındakı mənbələr ekstremistlərin peyk telefonlarından istifadə etdiyini və Əfqanıstanda olan hücumun təşkilatçıları ilə əlaqə saxladıqlarını iddia edirlər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025