İqtisadi və infrastruktur layihələri qayıdışı sürətləndirib - DEPUTAT
Tarix: 21-02-2025 | Saat: 14:45
Bölmə:Siyasət | çapa göndər

Deputat: “İcra olunan bütün layihələr kənardan heç bir dəstək olmadan həyata keçirilir və 2026-cı ildə...”
“Ballıca kəndinin də bərpası artıq son mərhələdədir”. Prezident İlham Əliyev bunu Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşü zamanı deyib. “Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük”, - dövlət başçısı deyib. “İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində”, - Prezident qeyd edib.
Nəzərə çatdıraq ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı iqtisadi və infrastruktur layihələri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində ərazilərin bərpası və inkişafı üçün müxtəlif sahələrdə ciddi işlər görülüb. Ağdam Sənaye Parkı və Cəbrayıl Sənaye Parkı yaradılıb. Yaxın gələcəkdə burada müxtəlif istehsal müəssisələrinin qurulması planlaşdırılır. “Araz Vadisi İqtisadi Zonası” yaradılıb ki, bu zonada emal və istehsal sahələrinin inkişafı nəzərdə tutulur. Kənd təsərrüfatı üçün geniş ərazilərdə torpaq bərpa edilib, əkinçilik və heyvandarlıq üçün şərait yaradılıb. Eyni zamanda Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib və müasir texnologiyalardan istifadə ilə kənd təsərrüfatı inkişaf etdirilir. Zəngilan Beynəlxalq Hava Limanı və Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanı isə tikilməkdədir. Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolları tikilib, yeni yol və tunel layihələri davam edir. Böyük Zəngəzur Dəhlizi layihəsi çərçivəsində yeni dəmir yolları çəkilir. Su, günəş və külək enerjisi potensialı qiymətləndirilib və bərpa olunan enerji layihələri həyata keçirilir. Bundan əlavə, Xudafərin və Qız Qalası SES-ləri istifadəyə verilib. Cəbrayılda isə 240 MVt gücündə Günəş Elektrik Stansiyası tikilir. Şuşa və Laçında turizm zonaları yaradılır, hotellər və istirahət mərkəzləri inşa edilir. Şəhər və kəndlərin baş planları təsdiqlənib, yeni yaşayış kompleksləri tikilir. Ağalı və Zabux kəndlərində ağıllı kənd layihələri reallaşdırılıb, müasir yaşayış binaları inşa olunub.
Bir sözlə, bu işlər bölgənin iqtisadi dirçəlişi və məcburi köçkünlərin qayıdışının sürətlənməsi üçün böyük əhəmiyyət daşıyır. Bu ərazilərin iqtisadi infrastrukturunun yenidən qurulması və yeni iş yerlərinin açılması onu deməyə əsas verir ki, əhalinin burada tezliklə məskunlaşması daha da intensivləşəcək. Məlumat üçün deyək ki, 2024-cü il yanvarın 30-dək işğaldan azad edilmiş ərazilərə 1,360 ailə, yəni 5,354 nəfər köçürülüb. Köçürülən ailələrin yerləşdiyi ərazilər aşağıdakı kimidir: Füzuli şəhəri: 527 ailə (1,969 nəfər), Laçın şəhəri: 431 ailə (1,627 nəfər), Ağalı kəndi: 175 ailə (871 nəfər), Talış kəndi: 20 ailə (90 nəfər), Zabux kəndi: 207 ailə (797 nəfər). “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köçürülmə prosesi davam edir.
İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Torpaqlarımızın erməni işğalından azad olunduğu 4 il qələbəmizin möhkəmləndirildiyi və yenidənqurma-bərpa illəri olub. Bu dörd ildə azad olunmuş ərazilərdə böyük meqa layihələr icra olunub. Dövlət başçımız icra olunan layihələrə şəxsən özü nəzarət edir və yüksək keyfiyyətlə yenidənqurma və bərpa işlərinin başa çatdırılması üçün tapşırıqları verir. Dövlət başçımız son 4 ildə işğaldan azad olunmuş ərazilərə 100-dən çox səfər edib. Hər bir səfər isə yeni layihələrin təməllərin qoyulması və açılışları ilə yadda qalır. 18 fevralda Qarabağa etdiyi səfər çərçivəsində Ağdam və Xankəndidə tikinti layihələrinin icrasına baxış keçirmiş, hazır müəssisələrin açılışlarını etmiş və Zəfər parkının təməlini qoymuşdur. O cümlədən Xocalı rayonunun Ballıca kəndinə səfər edərək yenidən öz doğma yurduna qayıtmış sakinlərlə görüş keçirib. Ballıca kəndi bu gün yenidən qurulub bərpa olunaraq uzun illə məcburi köçkün yaşamış sakinlərini qəbul edib. Kənddə 137 evin tikintisi başa çatıb və 500-ə yaxın sakin qayıdıb. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış"a dair Dövlət Proqramı uğurla icra olunur. Belə ki, 10 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdıb. Keçən ilin sonuna qədər 10 min keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb və 2026-cı ilin sonuna qədər 140 min nəfərin qayıdacağı planlaşdırılır. Bu məqsədlə işğaldan azad olunmuş bütün rayonlarda şəhərlərin və müəyyən kəndlərin baş planları hazırlanaraq tikinti işlərinə başlanıb".
Deputat əlavə edib ki, 2026-cı ilin sonuna qədər 100 yaşayış məntəqəsi yaşayışa hazır olacaq: “Təbii ki, bu tikinti-quruculuq işləri böyük maliyyə vəsaiti tələb edir. Bu gün icra olunan bütün layihələr kənardan heç bir dəstək olmadan ancaq Azərbaycan dövlətinin iqtisadi gücü hesabına həyata keçirilir. Dövlət başçımızın rəhbərliyi altında ölkəmizdə güclü iqtisadiyyat qurulub və yaranmış iqtisadi gücümüz hər bir hədəfimizə çatmağımıza yol açır. Bəli, işğaldan azad olunan ərazilər tikinti meydançasına çevrilib. Demək olar ki, cənnətə çevrilir. Bu gün icra olunan hər bir layihə yüksək standartlara söykənib. Bir neçə ildən sonra "Qayıdış" proqramlarımız başa çatacaq və keçmiş məcburi köçkün ifadəsi dilimizdən birdəfəlik silinəcək. Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız çoxlu böyük uğurların və nailiyyətlərin şahidi olacaq".
Yazını hazırladı: Afaq MİRAYİQ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər