Mobil versiya
Komitə sədiri Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 21-02-2025 | Saat: 11:42
Bölmə:Siyasət / Parlament | çapa göndər

Komitə sədiri Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib

Fevralın 20-də Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq vətəndaş qəbulu keçirdim və onların müraciətlərini dinlədim.

Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədik, problemləri ilə maraqlandıq. Səsləndirilən müraciətlər əsasən ailə-məişət, səhiyyə, elim və təhsil, işlə təminat, əmək pensiyaları və sosial məsələlərlə bağlı idi.

Qeyd edim ki, görüş zamanı vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edildi. Digər müraciətlərin araşdırılması üçün isə aidiyyəti orqanlara sorğular göndərildi.

Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025