Mobil versiya
"Konstitusiya və suverenlik ili"nə həsr olunmuş Heydər Əliyev və Ana dilimiz haqqında
Tarix: 21-02-2025 | Saat: 11:37
Bölmə:Özəl | çapa göndər

"Konstitusiya və suverenlik ili"nə həsr olunmuş Heydər Əliyev və Ana dilimiz haqqında

"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm."
— Heydər ƏLİYEV

Xalqları bir-birindən fərqləndirən başlıca amillərdən biri və birincisi onun ana dilidir. Hər bir xalqın özünəməxsus milli-mənəvi, mədəni dəyərlər toplusu var ki, dil məhz o dəyərlərin ən ümdəsi sayılır. Ana dili xalqın varlığının sübutu, təminatçısı və özülüdür.

Azərbaycan dili, tarixin minillik sınağından keçərək, yad ünsürlərin təqibinə baxmayaraq, saflığını, şirinliyini, zənginliyini qoruyaraq bu günümüzə gəlib çıxmışdır. Hər birimizə məlumdur ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişaf etməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Hələ Sovet hakimiyyəti illərində əhalinin çox hissəsi azərbaycanlılardan ibarət olmasına baxmayaraq, ölkədə aparıcı dil Azərbaycan dili sayılmırdı. Xalqını, millətini böyük məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyev öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi.

Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu və gələcək nəsillərə ərməğan etdi.

Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli addımların həyata keçirilməsinə nail olundu. Xalqımızın taleyüklü elə bir sahəsi, elə bir məsələsi yoxdur ki, Ümumilli lider Heydər Əliyevin orada imzası olmasın.

Bu gün xalq olaraq çox xoşbəxtik ki, imzalar içində imzamız, bayraqlar içində bayrağımız seçilir. Xalq olaraq hər zaman Ulu Öndər Heydər Əliyevin adını hörmət və ehtiramla anırıq.

Bu gün biz də öz növbəmizdə tarixin dərinliklərindən süzülüb gələn, bizə əmanət olan ana dilimizi yad ünsürlərdən qorumalı, hər vəchlə orijinallığını təmin etməli və gələcək nəsillərə çatdırmalıyıq.

Samirə Həsənova
YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT-nin sədri
Laçın rayon 32 nömrəli tam orta məktəbin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025