Hicran Hüseynova Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 19-02-2025 | Saat: 16:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün, 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşümüzü keçirdik.
Görüş zamanı vətəndaşların müraciətlərini dinlədik, onların qaldırdığı məsələləri müzakirə etdik. Müraciətlər əsasən ailə-məişət məsələləri, işlə təminat, əmək təqaüdləri və sosial problemlərlə bağlı idi. Bir sıra məsələləri yerindəcə həll etdik, digərlərinin isə araşdırılması və həlli üçün müvafiq dövlət qurumlarına sorğular göndərildi.
Qəbulda iştirak edənlər arasında Sumqayıt şəhər veteranlar təşkilatının sədri Sovet Şükürov və Qarabağ qazilər ictimai birliyinin Sumqayıt şəhər üzrə sədri Mustafayev Elşən də var idi. Görşdə könüllülük fəaliyyəti ilə bağlı fəal gənclərimizdən Alıyev Nərminəyə sertifikat da təqdim etdik.
Vətəndaşlarımızın rifahının təmin olunması və qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq onların yanında olmağa, lazımi dəstək və kömək göstərməyə çalışırıq.
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-02-2025