İlkin müqavilənin xarakteristikaları - Aysu Nəbizadə yazır
Tarix: 20-02-2025 | Saat: 14:58
Bölmə:Manşet / Ölkə | çapa göndər

İlkin müqavilə tərəflər arasında gələcəkdə müqavilənin bağlanılması ilə bağlı iradələrinin əks olunduğu müqavilədir. Burada tərəflərin öz üzərlərinə götürdüyü əsas öhdəlik müəyyən yaxud qeyri-müəyyən vaxtda nəzərdə tutulmuş müqavilənin bağlanılmasıdır. Burada tərəflər gələcək müqavilənin şərtləri barədə də razılığa gəlirlər.
Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Qanunverici belə müqavilələrin mütləq qaydada dövlət reyestrində qeydə alınmasını nəzərdə tutmamışdır. Sadəcə olaraq ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
Bu müqavilə gələcək müqavilənin bağlanmasının təminatçısı olub predmeti isə müxtəlif ola bilər. İlkin müqavilənin bağlanmasına əsas məqsəd hazırda nəzərdə tutulan əsas müqaviləni bağlamağa imkan və şəraitləri uyğun olmayan şəxslər arasında münasibətləri indidən nizamlamaq və gələcək mənafeləri təminat altına almaqdan ibarətdir.
Müqavilənin xüsusiyyətləri:
1. Müddətli yaxud müddəti göstərilmədən bağlanıla bilər. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
2. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
3. Normada müqavilənin bağlanılmasından boyun qaçırdıqda həyata keçirilə biləcək tədbirlər müəyyən olunmamışdır. Müddət başa çatana qədər tərəflər bağlamaq niyyətini ifadə etməmişlərsə yaxud hərəkətsizlik etmişlərsə, müddət başa çatdıqdan sonra öhdəliyə (əsas müqavilənin bağlanması) də xitam verilir. Halbuki müddət başa çatmamış müqavilə bağlamaqdan boyun qaçırmaq, imtina etmək iradəsi müşahidə olunduqda tərəf müqavilə bağlanılması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması iddiası ilə məhkəməyə müraciət edə bilər. Bu hal müqavilə azadlığının pozulması demək deyildir. Hətta Türkiyənin mülki qanunvericiliyində bu açıq şəkildə öz əksini tapmışdır ki, tərəf ön müqavilənin bağlanılması iddiası, bu mümkün deyildirsə dəyən zərərə görə təzminat almaq iddiasını irəli sürə bilər. (TBK maddə 112).
4. İlkin müqavilədə şərtlər elə göstərilməlidir ki, gələcəkdə bağlanılacaq müqavilə üçün təminat rolunu oynasın. Məsələn, əsas müqavilənin nə vaxt bağlanacağı, həmin vaxta qədər hansı tərəfin hansı hərəkətləri etməli olması, müqavilənin dəyəri və s. Müqavilədə nəzərdə tutulmuş məbləğin bir hissəsinin ödənilməsi də ilkin müqaviləyə daxil edilməsi mümkündür. Bunun nəticəsində öhdəlik icra olunaraq gələcəkdə bağlanılacaq müqavilə dəyərinin bir hissəsi ödənilə bilər və bu qanunsuz hal hesab edilmir. Bu hal əksinə olaraq gələcəkdə müqavilə bağlanması ehtimalını gücləndirərək tərəfləri öz öhdəliklərinin icrasına dair təminat verir.
İlkin müqavilədə tam ödəniş məbləğinin ödənilməsi öhdəliyinin nəzərdə tutulmasının imperativ normalara zidd olmamasına baxmayaraq, gələcəkdə tərəfin öz öhdəliyinin icrasından boyun qaçırmaq riskini artırır, yəni artıq burada ilkin müqavilə təminat rolunu oynamayaraq risk faktorunu özündə daşıyır. Öhdəliyin icrası təhlükə altına alınmış olur.
Aysu Nəbizadə,
Hüquqşünas
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-02-2025
18:27 Putinin növbəti ZARAFATI