Mobil versiya
Bələdiyyələrin bu səlahiyyəti ləğv edilir
Tarix: 19-02-2025 | Saat: 13:32
Bölmə:İqtisadiyyat | çapa göndər

Bələdiyyələrin bu səlahiyyəti ləğv edilir

Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.

aia.az xəbər verir ki, bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.

İndiyə qədər bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyənləşdirirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025