Mobil versiya
Fevralın 12-də Bakıda imzalanmış sənədlər
Tarix: 19-02-2025 | Saat: 11:39
Bölmə:Özəl | çapa göndər

Fevralın 12-də Bakıda imzalanmış sənədlər

İnkişaf etməkdə olan və yoxsulluqdan, iqtisadi sıxıntılardan əziyyət çəkən ölkələrə yardım edilməsi getdikcə daha çox aktuallıq kəsb edir. Buna nail olmağın yollarından biri də beynəlxalq platformalar çərçivəsində dialoqun aparılmasından, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsindən keçir. Cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin dövlət başçıları arasında aparılan müzakirələr də bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilməlidir. 
Ölkə başçısı qeyd etdi ki, ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir. Həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.Fevralın 12-də Bakıda imzalanmış sənədlər mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş,“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş həmin mühüm sənədlərdir.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025