Mobil versiya
Millət vəkili Xanlar Fətiyev Bərdədə vətəndaşları qəbul edib -Fotolar
Tarix: 11-02-2025 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər

Millət vəkili Xanlar Fətiyev Bərdədə vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə rayonunun Qaradəmirçi və Hüseynbəyli kəndlərində vətəndaş qəbulu keçirib.

Qəbul zamanı Xanlar Fətiyev həmin kəndlərdə içməli su, suvarma kanallarının təmizlədilməsi, körpü, işıq xətlərinin yenilənməsi və s. ümumi və həmçinin, vətəndaşların işlə təmin olunma, maddi yardımla bağlı və s. şəxsi problemləri ilə tanış olub, onları narahat edən müraciətlərin həllinə çalışıb.

Qəbulda vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-02-2025