2025-ci il - “Konstitusiya və Suverenlik İli”
Tarix: 11-02-2025 | Saat: 17:11
Bölmə:Özəl | çapa göndər
![2025-ci il - “Konstitusiya və Suverenlik İli”](/uploads/posts/2025-02/img_20250119_194244-2-1.jpg)
Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il Konstitusiya və Suverenlik İli elan edildi.
Dövlət başçısı İlham Əliyevin «Konstitusiya və Suverenlik İli» ilə bağlı Sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir
Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib. Konstitusiyamızın qəbulundan ötən 30 ildə sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. «Dövlətin ali məqsədi» maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqların qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir. Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır. Dövlətimizin başçısı bildirir: «Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var.
Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.»
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Fərman ilə 17 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edildi. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın qəbulu da insan amilinə diqqətin təzahürüdür. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə «Konstitusiya və Suverenlik İli» elan edilməsi də özündə mühüm məqamları ehtiva edir. Sərəncamda da qeyd edildiyi kimi, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. Konstitusiyanın 48 maddəsi insan hüquqlarına həsr olunub.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından 2003-cü ilə qədərki dövrdə 425 qanun, beynəlxalq sənədlərə qoşulmaya dair 419 müvafiq akt, 100 mindən artıq insana şamil edilən 32 əfv Sərəncamı və 7 Amnistiya aktı qəbul edilmişdir.
Dövlət başçısı İlham Əliyevin əlamətdar günlərdə, bayramlarda əfv sərəncamları imzalaması, Amnistiya aktilarını qəbul etməsi də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir.
2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 38-dən artıq əfv Sərəncamı imzalayıb, 6 Amnistiya aktı təsdiqləyib. Əvvəldə də qeyd etdiyimiz kimi, bayram günlərində, əlamətdar tarixlərdə belə humanizmin təsdiqi olan addımların atılması ənənə halını alıb.
İnsan hüquq və azadlıqlarının qorunması Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində də özünün aydın ifadəsini tapır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dəfələrlə amnistiya aktları qəbul olunub. Mehriban xanım Əliyeva bildirir ki, Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı ilə yardıma ehtiyacı olan insanlara daim yardım etməyə çalışır.
44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən sonra tarixə Zəfər Amnistiyası kimi daxil olan sənəd imzalandı. Bu mühüm addım Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndirildi. Bu Amnistiya aktının hazırkı dövrün ən böyük Amnistiya aktı olduğu və Zəfər Günü ərəfəsində bu amnistiyanın Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcəyi bildirildi.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, eyni zamanda, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Prezident-xalq birliyinin sarsılmazlığını bir daha sübut etdi. Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, Azərbaycanın yaratdığı yeni reallıqların təntənəsini yaşayırıq. Bərpa və quruculuq işlərinin miqyasının genişliyi Böyük Qayıdışın mərhələ-mərhələ həyata keçirilməsi ilə müşayiət olunur.
«Konstitusiya və Suverenlik İli» ilə bağlı Sərəncamda da vurğulandığı kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər