Mobil versiya
Ərdoğanın kürəkəni Azərbaycana gələcək
Tarix: 25-01-2017 | Saat: 19:37
Bölmə:Manşet | çapa göndər

Ərdoğanın kürəkəni Azərbaycana gələcək




Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak Azərbaycana işgüzar səfər edəcək.

aia.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

B.Albayrakın fevralın 23-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcəyi gözlənilir.

Səfirin sözlərinə görə, fevralda Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin də səfəri planlaşdırılır. Eləcə də 2017-ci ildə azərbaycanlı nazirlərin Türkiyəyə səfəri gözlənilir.

E.Özoral bildirib ki, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasına hazırlıq gedir.

aia.az bildirir ki, Berat Albayrak prezident Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024