Şuşada səslənən strateji çağırışlar YAP-ın təşəbbüsü ilə yeni siyasi reallıqlar yaradır
Tarix: 18-06-2025 | Saat: 13:03
Bölmə:Siyasət | çapa göndər

Məşhur Məmmədov,
Millət vəkili
Bugünkü qlobal siyasi mənzərəyə baxdıqda aydın görünür ki, baş verən proseslər nə təsadüfidir, nə də qısa müddətli gərginliklərin nəticəsidir. Geosiyasi maraqların toqquşduğu məkanlarda münaqişələrin alovlandırılması artıq planlı şəkildə həyata keçirilir. Lokal toqquşmaların arxasında duran böyük güclər bu qarşıdurmalardan alət kimi istifadə etməyə çalışırlar. Belə bir şəraitdə müstəqil və balanslaşdırılmış siyasət aparan dövlətlərin qarşısında dayanan əsas vəzifə milli maraqları qoruyaraq mümkün riskləri minimuma endirmək və baş verən prosesləri öz strateji xəttinə uyğun yönləndirməkdir. Prezident İlham Əliyevin bir fikrini xatırlamaq yerinə düşər: “Bizim xarici siyasətimiz milli maraqlarımıza əsaslanır. Milli maraqlar nəyi tələb edirsə, biz o istiqamətdə hərəkət edirik.” Məhz bu yanaşma əsl dövlətçilik iradəsinin bariz nümunəsidir.
Milli maraqları müdafiə etmək üçün təkcə emosional ritorika yox, rasional analiz, düşünülmüş qərarlar və ardıcıl fəaliyyət tələb olunur. Dövlətin mövcudluğunu və sabitliyini təmin edən əsas amillərdən biri də konkret siyasi kursa sadiqlik və milli həmrəyliyin qorunmasıdır.
Bu yanaşma fonunda 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq tədbir xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə gerçəkləşən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” adlı beynəlxalq konfrans həm mövzu baxımından, həm də iştirakçıların səviyyəsinə görə ciddi rezonans doğurub. Konfransda müxtəlif ölkələrin iqtidarda olan partiyalarının nümayəndələrinin iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqləyir.
Panel sessiyalarında müzakirəyə çıxarılan mövzular – “Milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu”, “Ortaq dəyərlər və süni intellekt” – təkcə müasir dünyanın əsas problemlərinə toxunmur, eyni zamanda Azərbaycanın bu məsələlərdə ortaya qoyduğu mövqeyin nə qədər strateji olduğunu göstərir.
Sözügedən konfransda Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət də diqqət çəkən məqamlar sırasındadır. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev tərəfindən səsləndirilən müraciət Azərbaycanın qlobal siyasətdəki fəallığını və ədalətli dünya nizamı naminə təşəbbüskar mövqeyini bir daha ortaya qoydu. Eyni zamanda bu, siyasi partiyaların beynəlxalq əməkdaşlıqda oynadığı rolun da aydın göstəricisidir.
Siyasi institutların, xüsusilə də iqtidar partiyalarının həm cəmiyyət daxilində, həm də dövlətlərarası münasibətlərdə dayanıqlı körpülər yaratmaq baxımından əhəmiyyəti danılmazdır. Partiyalar yalnız daxili sabitliyin deyil, eyni zamanda beynəlxalq tərəfdaşlığın da etibarlı dayağıdır. Azərbaycanda son illərdə təşviq edilən siyasi dialoq mühiti də bu yanaşmanın bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə genişlənən bu platforma cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlaşmanın formalaşmasına xidmət edir. Məhz bu səbəbdən bəzi radikal çevrələrin siyasi dialoqdan uzaq durması və populist ritorika ilə çıxış etməsi onların həmrəyliyə xidmət etmədiklərini açıq şəkildə göstərir.
Dövlət başçısının konfrans üçün ünvanladığı müraciətdə yer alan bu fikirlər isə beynəlxalq ictimaiyyətə bir çağırış kimi səslənir: “Ədalətli dünya nizamının formalaşması ardıcıl və məsuliyyətli siyasi fəaliyyət tələb edir... Azərbaycan yeni reallıqlar çərçivəsində öz müstəqil siyasətini qətiyyətlə davam etdirir.” Bu, bir tərəfdən milli maraqlara söykənən siyasətin davamlılığını, digər tərəfdən isə müasir dünyada çatışmayan iki əsas keyfiyyətin - siyasi məsuliyyətin və cəsarətli qərarvermənin zəruriliyini ortaya qoyur.
Nəticə etibarilə, Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın dünya miqyasında mühüm siyasi aktor kimi qəbul olunduğunu, YAP-ın isə qlobal dialoq platformalarının fəal təşəbbüskarı olduğunu bir daha təsdiqlədi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-06-2025
09:01 Xameneyi: Döyüş başlayır
17-06-2025