Ötən gün kartlardan 14 minə yaxın vəsait oğurlanıb
Tarix: 18-06-2025 | Saat: 11:00
Bölmə:Ölkə | çapa göndər

Bir sıra şəxslərin bank hesablarından iyunun 17-də 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber üsulla oğurlanıb.
aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN xatırladıb ki, bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir.
Nazirlik bir daha diqqətə çatdırıb ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.
Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-06-2025
09:01 Xameneyi: Döyüş başlayır
17-06-2025