Mobil versiya
Nazir yeni idarə rəisləri TƏYİN ETDİ
Tarix: 25-01-2017 | Saat: 19:16
Bölmə:Manşet | çapa göndər

Nazir yeni idarə rəisləri TƏYİN ETDİ



Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı həyata keçirilib.

aia.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi

Vüqar Zeynalov - Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi təyin olunub. Beynəlxalq Biznes, İdarəetmə və Hüquq İnstitutunda hüquqşünas ixtisası, Azərbaycan İctimai-Siyasi Universitetində beynəlxalq hüquq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi (Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi)

Mehman Şükürov - Sumqayıt Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Azərbaycan Dövlət İncəsənət Universitetində mədəni-maarif ixtisası üzrə təhsil alıb.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi)

Nazim Ağayev - Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Azərbaycan Dövlət Universitetində tarix və ictimaiyyət ixtisası üzrə təhsil alıb.

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi)

Elnur Hüseynov - Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Azərbaycan Dövlət İncəsənət Universitetində rəssam-rəngkar ixtisası üzrə təhsil alıb.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi (Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi)

Mirvari Zeynalova - Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano, müəllim ixtisası üzrə təhsil alıb.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi (Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi)

Elman Məmmədov - Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Azərbaycan Dövlət Universitetində jurnalist, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında iqtisadçı-təşkilatçı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024