BMT sülhməramlıları tarlalarında işləyən Konqolu fermerləri qoruyur
Tarix: 20-12-2024 | Saat: 11:42
Bölmə:Özəl | çapa göndər
Konqo Demokratik Respublikasında qızmar günəş altında, problemli şərq bölgəsində tarlalarına qulluq edən fermerlərin çoxu Birləşmiş Millətlər Təşkilatının sülhməramlıları tərəfindən qorunur.
Üsyançı qruplar, özünümüdafiə qüvvələri və digər milislər arasında şərq münaqişəsi qızışdığından, BMT missiyası illər ərzində getdikcə daha çox diqqət mərkəzində olub.
Lakin Dhendro kəndindəki Djuqu ərazisinin bu küncündə fermerlər MONUSCO qısaltması ilə tanınan BMT qüvvələrinə birmənalı dəstək verirlər. Münaqişə nəticəsində evlərini tərk edən fermerlər BMT bazalarının yaxınlığındakı düşərgələrdə sığınacaqlar.
Qarğıdalı, lobya, kartof və manyok yetişdirən fermerləri qorumaq üçün keçirilən əməliyyat "Təhlükəsiz Məhsul" kimi tanınır və onların məhsul yığımı mövsümündə sərbəst işləməsinə imkan yaratmaq və məhsulu oğurlayan və insanları öldürən milis qruplarından müdafiəni təmin etmək məqsədi daşıyır.
Briqada generalı Monzurul Alam Reuters-ə bildirib ki, "Əsas məqsəd fermerlərin əkinçilik torpaqlarında işləyərkən təhlükəsizliyini təmin etməkdir. Biz inanırıq ki, bu, MONUSCO-nun mandat verdiyi mülki şəxslərin müdafiəsi ilə birbaşa bağlıdır".
Keçən il BMT Təhlükəsizlik Şurası prezident Feliks Tşisekedinin tələbi ilə missiyanın başa çatmasını təsdiqlədi. 13.500 nəfərlik qüvvə əhalinin təhlükəsizliyini təmin edə bilmədiyi qənaətinə görə hücumlarla və etirazlarla üzləşmişdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025