Tramp Zukerberqdən pul ianəsi alıb
Tarix: 12-12-2024 | Saat: 09:24
Bölmə:Özəl | çapa göndər
Amerikanın “Meta” korporasiyası (Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) gələcək dövlət başçısı ilə münasibətləri yaxşılaşdırmaq üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa 1 milyon dollar bağışlayıb.
Bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazır.
“Meta seçilmiş prezident Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə edib, bu, baş direktor Mark Zukerberqin gələcək prezidentlə bir vaxtlar gərgin olan münasibətlərini gücləndirmək üçün son addımı olub”, - nəşr yazır.Qəzetin materialında qeyd edildiyi kimi, ianəni şirkət özü də təsdiqləyib. WSJ-nin məlumatına görə, bu, Zukerberq və onun şirkətinin keçmiş təcrübəsindən uzaqlaşmaq idi. Nəşr xatırladır ki, Tramp seçki kampaniyası zamanı “texnoloji maqnat ona qarşı seçkiyə təsir göstərməyə çalışarsa, onu cəzalandıracağı ilə” hədələyib.
Noyabrın sonunda Tramp və Zukerberq Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında görüşüblər. Bloomberg mənbəsi nə müzakirə olunduğunu açıqlamayıb, lakin əlavə edib ki, Zukerberq Şükran Günü üçün iqamətgahda qalmayacaq.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024