Novruzəli Aslanov: “1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu”
Tarix: 11-12-2024 | Saat: 10:02
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. 1970-1980-ci illər ərzində Heydər Əliyevin ciddi səyləri və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın inkişaf etmiş, aparıcı respublikalarından birinə çevrildi. Həmin dövrdə Ulu Öndər gələcək müstəqil Azərbaycanın iqtisadi, siyasi və hərbi əsaslarını yaradaraq bugünkü suverenliyimizin təməlini qoymuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə bilavasitə xalqın maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. Əlbəttə ki, son dərəcə mühüm tarixi məqamlardan biri kimi Ulu Öndərimiz tərəfindən sovetlər dönəmində milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən tədbirlər qeyd olunmalıdır. Məhz Ümummilli Lderimizin Azərbaycan SSR-ə rəhbərliyi dövründə respublikamızda musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.”
Bu fikirləri Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Fikirlərini davam etdirən deputat həmçinin rəhbərlik etdiyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna əhəmiyyət kəsb edən rolundan bəhs edərək bunları deyib: “Ulu Öndər Heydər Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafı və fəaliyyətinin gücləndirilməsi məqsədilə bir sıra mühüm təşəbbüslər irəli sürmüş, məqsədyönlü addımlar atmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, məhz Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il 25 noyabr tarixində 926 saylı “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında” qərara əsasən, AzQAC rəsmən dövlət tərəfindən tanındı və respublikada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkətının tərkib hissəsi kimi fəaliyyət göstərən yeganə rəsmi milli cəmiyyət elan olundu. Bu qərar AzQAC-ın sonrakı inkişafı üçün son dərəcə əlverişli zəmin yaratmış oldu. Artıq 2003-cü ildən sonra Ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi, diqqət və qayğısı ilə AzQAC-ın fəaliyyətinin gücləndirilməsi məqsədilə bir sıra Sərəncamlar imzalanmış, qərarlar qəbul edilmiş və nəticə olaraq bu qurum beynəlxalq aləmdə tanınan təşkilata çevrilmişdir.”
Daha sonra deputat qeyd edib ki, Azərbaycan xalqının tarixinə ən qanlı faciələrdən biri kimi yazılmış 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olmuşdur: “20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı birbaşa keçmiş SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayətdir. Lakin o dövrdə respublikaya rəhbərlik edən simalar siyasi iradəsizlik nümayiş etdirərək, bu cinayətə qarşı lazım olan reaksiyanı verə bilməmiş, vəzifəli şəxslər kimi, üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişdilər. Onlardan fərqli olaraq, Ümummilli Lider Heydər Əliyev o zaman totalitar Sovet rejiminin bütün təhdidlərini göz altına alaraq SSRİ-nin və Kommunist Partiyasının rəhbərlərinə qarşı ağır, lakin haqlı ittihamlarını səsləndirmişdir. 1990-cı il yanvarın 21-də rejimin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək, ifşaedici və cəsarətli bir bəyanat vermişdi. Bu hadisələrdən 10 ay sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi zaman, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəs inəticəsində öz siyasi-hüquqi qiymətini aldı” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024