Mobil versiya
Osloda Nobel Sülh Mükafatı verilib
Tarix: 10-12-2024 | Saat: 18:10
Bölmə:Özəl | çapa göndər

Osloda Nobel Sülh Mükafatı verilib
Norveçin paytaxtında Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib. Onu Amerikanın Xirosima və Naqasaki bombardmanlarından sağ çıxanları birləşdirən, həmçinin hibakuşa kimi tanınan Yaponiyanın Nihon Hidankyo təşkilatının nümayəndələri qəbul ediblər.Osloda keçirilən mərasimdə mükafatı qəbul edən qrupun həmsədri Terumi Tanaka insanların nüvə silahından istifadədən sonra əzab içində öldüyünün şahidi olduğunu qeyd edib. Və əmindir ki, bu bir daha təkrarlanmamalıdır. Tanaka onların təşəbbüsünün gənclər tərəfindən həyata keçiriləcəyinə ümid etdiyini bildirib.Nihon Hidankyo, "On ildən sonra, bəlkə də, o hadisələr haqqında danışmaq üçün bizim yalnız bir neçəmiz sağ olacaq. Ümid edirəm ki, gələcək nəsil bizim səylərimizə əsaslanaraq hərəkətimizi inkişaf etdirməyin yollarını tapacaq"

Nobel Komitəsi oktyabr ayında laureatları elan edərkən, bu mükafatı hərəkatın "nüvə silahlarından azad dünya yaratmaq" və "nüvə silahından bir daha istifadə edilməməsinin şahidlərinin ifadələri ilə nümayiş etdirmək" işinə görə verdiyini bildirdi. Təəccüblüdür ki, o zaman komitə nüvə silahından kimin istifadə etdiyini xatırladı. Adətən bu fakt hətta Yaponiyanın özündə belə anım tədbirlərində susdurulur.
Nihon Hidankyo 1956-cı ildə 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxan yerli Yapon icmalarından yaradılmışdır. Hərəkat onilliklər ərzində BMT və digər təşkilatlara müxtəlif qətnamələr və müraciətlər göndərərək, nüvə silahının tamamilə ləğv edilməsini müdafiə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə