Dövlət Duması Rusiyada Talibana qoyulan qadağanın ləğvi ilə bağlı layihəni birinci oxunuşda qəbul edib
Tarix: 10-12-2024 | Saat: 18:07
Bölmə:Özəl | çapa göndər
Dövlət Duması birinci oxunuşda Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı) Rusiyada qadağan olunmuşlar siyahısından çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu barədə “İnterfaks” xəbər verir.Sənəddə bildirilir ki, belə bir təşkilatın fəaliyyətinə qoyulan qadağa ölkənin baş prokurorunun və ya onun müavininin bəyanatı əsasında Rusiya məhkəməsinin qərarı ilə müvəqqəti olaraq dayandırıla bilər. Hazırda Rusiyada belə təşkilatların fəaliyyətinin dayandırılmasına imkan verəcək mexanizm yoxdur.Qanun layihəsi bir qrup parlamentari tərəfindən dəstəklənib. Onların arasında senatorlar Yuri Fedorov, Andrey Yatskin və Andrey Klişas, həmçinin deputatlar Andrey Luqovoy, Vasili Piskarev və Dmitri Vyatkin də var.
Rusiya prezidenti Vladimir Putin BMT səviyyəsində Talibanın terrorçu adlandırılmasına baxmayaraq, radikal hərəkatı hələ 2021-ci ildə siyahıdan çıxarmaq niyyətindən danışıb. Moskva da artıq rəsmi olaraq Taliban nümayəndə heyətləri ilə rəsmi görüşlər keçirib.
Müvafiq qanun layihəsi noyabrın 26-da Dövlət Dumasına təqdim edilib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024