Səttar Möhbalıyev : “Zəfər paradı Azərbaycanı bir daha dünyaya qalib ölkə olaraq təqdim elədi”
Tarix: 10-12-2024 | Saat: 11:18
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Azərbaycan xalqı 2020-ci ilin sentyabr-noyabr aylarında Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində öz birliyini və gücünü bütün dünyaya nümayiş etdirdi. II Qarabağ savaşı zamanı Azərbaycan Ordusu və xalq öz Prezidentinin ətrafında sıx birləşərək indiyədək görünməmiş həmrəylik nümunəsi göstərdi. Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Azərbaycan Ordusu yalnız irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Nəhayət, 2020-ci il noyabrın 10-da Ermənistan özünün faktiki kapitulyasiya aktı olan Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bu tarixi sənədin şərtlərinə əsasən Kəlbəcər, Laçın və Ağdam rayonları da döyüşsüz Azərbaycana qaytarıldı və həmin ərazilərdə üçrəngli bayrağımız ucaldı. Cənab Prezident İlham Əliyevin mükəmməl hərbi strategiyası və mahir diplomatiyası sayəsinda Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən deputat 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradının önəmli tarixi hadisə olduğunu diqqət mərkəzinə çəkib.S.Möhbalıyev qeyd edib ki, Zəfər paradı şanlı Qələbəmizin rəmzi olaraq Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunub: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Zəfər paradının müstəsna əhəmiyyətini qeyd edərək demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndəm qənimət götürdüyü hərbi texnikalar da nümayiş olundu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək bütün dünyaya nümayiş etdirildi. Bütün bu məqamlar əlbəttə ki, paradın önəmini daha da artıran amillər kimi çıxış etmişdilər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dörd il bundan öncə keçirilmiş Zəfər paradı həm də Azərbaycan-Türkiyə ittifaqının getdikcə daha da gücləndiyini bütün dünyaya bir daha nümayiş etdirmiş oldu. Paradı birgə qəbul edən Türkiyə və Azərbaycan prezidentləri yenə də yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Əsas mesajlardan biri də məhz bu idi ki, Azərbaycan artıq tək deyil. Həqiqətən də iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri də xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu.”
Sonda deputat Azərbaycanın tarixi Qələbəsinin möhtəşəmliyinin nümayişi baxımından Hərbi Qənimətlər Parkının xüsusi əhəmiyyətini qeyd edib: “Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi - ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika sərgilənir. Parkda təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşlərin gedişini bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanmasını təsdiq edən dəlillər, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları xüsusilə diqqəti cəlb edir. Hərbi Qənimətlər Parkı erməni ordusu barədə illər boyunca formalaşdırılan miflərin puç olduğunun əyani sübutudur” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024