Mobil versiya
Almaniya suriyalıların sığınacaq müraciətlərini dondurur
Tarix: 09-12-2024 | Saat: 16:46
Bölmə:Özəl | çapa göndər

Almaniya suriyalıların sığınacaq müraciətlərini dondurur


Almaniyada Federal Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) Suriyalıların sığınacaq müraciətlərini növbəti bildirişə qədər nəzərdən keçirməyəcəyini açıqlayıb.Alman mətbuatında yer alan xəbərlərə görə, Suriyadakı qeyri-müəyyən vəziyyətə görə BAMF-ın hazırda prosesdə olan suriyalıların bütün sığınacaq müraciətlərini dondurduğu və əlavə bir bildirişə qədər müraciətləri qəbul etməyəcəyi bildirilib.

Bildirilib ki, bu qərar qərar gözləyən 47 min 270 sığınacaq müraciətinə təsir edib, onlardan 46 mini ilk müraciət olub.

SİYASİ MÜZAKİRƏLƏR DAVAM EDİR

Almaniyadakı suriyalıların ölkədə qalıb-qalmaması ilə bağlı siyasi müzakirələr davam edir.
Almaniyanın Xristian Demokrat İttifaqından (CDU) bəzi siyasətçilər suriyalı qaçqınların ölkələrinə geri göndərilməsinin tərəfdarıdır.

Yaşıllar və Almaniya Sosial Demokrat Partiyasının (SPD) siyasətçiləri Suriyadakı qeyri-müəyyən vəziyyət qarşısında ehtiyatlı olmağa çağırır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə