Mobil versiya
Asr-e Iran: Əsəd xarici sui-qəsdin qurbanı oldu
Tarix: 09-12-2024 | Saat: 11:53
Bölmə:Özəl | çapa göndər

Asr-e Iran: Əsəd xarici sui-qəsdin qurbanı oldu

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd xarici dövlətlərin sui-qəsdi nəticəsində ölkədə hakimiyyətini itirib. Bu fikri İranın “Asr-e Iran” qəzeti bildirib.Nəşr digər ölkələrin Suriyadakı siyasi rejimin dəyişdirilməsində maraqlı olmasının əsas səbəbi kimi Əsədin İranın “Müqavimət oxu”nu dəstəkləməsini göstərir. Buraya məqsədlərinin Fələstini İsrail işğalından azad etmək olduğunu bəyan edən Tehranın regional müttəfiqləri də daxildir:Fələstin HƏMAS hərəkatı, Livanın Hizbullah partiyası, İraq milisləri İraq İslami Müqaviməti, Yəmən Husiləri Ənsar Allah hərəkatı. Əvvəllər “Müqavimət Oxusu” Suriyada “İslam Dövləti”nin (Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı) tərəfdarlarının məhv edilməsinə yardım edirdi.


Eyni zamanda, qəzet qeyd edir ki, Suriyanın keçmiş liderinin “əsas və ən dəhşətli səhvi” “cəmiyyətin tələblərinə məhəl qoymamaq” olub və nəticədə o, Suriya xalqının dəstəyini itirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə