Mobil versiya
Polşa müxalifətinin lideri toxunulmazlığından məhrum edilib
Tarix: 06-12-2024 | Saat: 19:43
Bölmə:Özəl | çapa göndər

Polşa müxalifətinin lideri toxunulmazlığından məhrum edilib

Polşa Seymi müxalif Qanun və Ədalət partiyasının lideri Yaroslav Kaçinskini deputat toxunulmazlığından məhrum edib. Bu barədə RİA Novosti məlumat yayıb.Bu təşəbbüsə səbəb Kaçinskinin qardaşının abidəsindən əklil oğurlamaqda, həmçinin ictimai xadimi döyməkdə ittiham edilməsi olub. İstintaqın məlumatına görə, aprelin 10-da Kaçinski Smolenskdəki təyyarə qəzasında həlak olanların abidəsi önünə gəlib, onların arasında qardaşı Lex Kaçinski də olub. Orada siyasətçi mərhum qardaşının adı yazılmış əklil gördü - "Lex Kaçinskinin qurbanlarına".Müxalifətçi çələngi götürmək qərarına gəlib, lakin ictimai fəal Zbiqnev Komos Kaçinskinin jestini oğurluq hesab edib və polisə müraciət edib. Bundan əlavə, Komos siyasətçinin ona yumruq atdığını da iddia edir.

Qeyd olunur ki, Kaçinskinin toxunulmazlığının ləğvi üçün səsvermədə 447 deputat iştirak edib - onlardan 241-i “lehinə”, daha 206 deputat “əleyhinə” səs verib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə