Mobil versiya
Rusiyanın islahatlar planı açıqlanıb
Tarix: 14-01-2017 | Saat: 20:58
Bölmə:Gündəm / Karusel | çapa göndər

Rusiyanın islahatlar planı açıqlanıb








Rusiya KİV-lərinin yazdığına görə keçmiş maliyyə naziri yanvarın 13-də - Qaydar forumunda ölkənin yeni iqtisadi relsə keçidini hədəfləyən planını açıqlayıb.

Aia.Az azadliq.org-a istinadən bildirir ki, Rusiyada durumu kökündən dəyişmək və iqtisadi irəliləyiş üçün texnoloji geriliyi aradan qaldırmaq və struktur islahatları aparmaq gərəkdir. Belə ertələnməz addımlar təklifiylə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş maliyyə naziri Aleksey Kudrin çıxış edib. Rusiya KİV-lərinin yazdığına görə, o, yanvarın 13-də - Qaydar forumunda ölkənin yeni iqtisadi relsə keçidini hədəfləyən planını açıqlayıb:

"İqtisadiyyatımızın köhnə modelinin artıq işə yaramadığı bəllidir. Biz son illər bu haqda çox danışsaq da, hələlik, yeni model çərçivəsində iş görülməyib".

Kudrinin sözlərinə görə, iqtisadi inkişafı ləngidən amilləri aradan qaldırmaq üçün ölkənin önündə "çox ciddi görülməli işlər" durur. O, ölkə, hökumət və prezidentin atmalı olacağı addımların qeyri-adi, ancaq yetərincə ciddi olacağını bildirib:

Foto: arxiv

"Hər şeydən öncə bu demoqrafik problemlərdir, investisya çatışmazlığıdır, sanksiyalar problemini də daxil etsək, bizim dünya maliyyə bazarlarından aralı düşməyimizdir, texnoloji geriliyimizdir, məhsuldarlığın azalmasıdır, dövlət idarəetməsinin aşağı səviyyədə olmasıdır".

Rusiya mediasının yazdığına görə, Kudrin çıxışına heç də nikbin notlarla başlamayıb. O, bugünkü Rusiya Federasiyası iqtisadiyyatının Sovet İttifaqındakı durğunluq dövründən daha betər hala düşdüyünü bildirib.

"İtirilmiş onillik"

"Amerikanın səsi" nə danışan rusiyalı ekspertlər də həmin qənaətlə razılaşırlar.

"Bu, heç sözsüz, belədir", - "Vətəndaş təşşəbbüsü" partiyasının sədri, ölkənin keçmiş iqtisadiyyat naziri, professor Andrey Nechaev-in fikridir:"Axı məsələ təkcə formal artım tempində deyil, həm də ondadır ki, iqtisadiyyatın artımını sürətləndirəcək və bu prosesə dinamiklik gətirəcək idarəetmə sistemi gözə dəymir".

Rusiyanın keçmiş iqtisadiyyat nazirinin qənaətincə, ən başlıcası, hakimiyyətin ölkədə sahibkarlıq ab-havasının yaxşılaşdırılmasına, investisyalarınartımına və s.-ə xidmət edəcək düşünülmüş siyasəti qətiyyən müşahidə edilmir.

Moskva Dövlət Universiteti iqtisadiyyat fakültəsinin dosenti, əvvəllər maliyyə nazirinin köməkçisi olmuş Oleg Buklemishev də bu tezislə razılaşmaq məcburiyyətindədir:

Oleg Buklemishev

"ÜDM-in artım səviyyəsinə baxmaq yetərlidir - hətta 2007-ci ildə olduğundan da azdır... Bu, mahiyyətcə, itirilmiş onillikdir. Biz bunun fakt saymalıyıq və bu onilliyin itirilmə səbəblərini, bunda kimin günahkar olduğunu araşdırmalıyıq".

"Texnoloji gerilik suverenliyə təhlükədir"

Aleksey Kudrinin fikrincə, yaxın 10-15 ildə Rusiya texnoloji baxımdan geriliyi aradan qaldırmalıdır, əks halda ölkənin cuverenliyi təhlükəyə düşər.

"Biz texnoloji baxımdan qüdrətli ölkəyə çevrilməsək, ölkənin suverenliyinə təhlükə var. Mən deyərdim ki, ölkəmizə texnoloji tərəqqi tələbi daha vacibdir, nəinki geopolitik baryerlər", - Kudrinə istinadla TASS yazır.

Keçmiş nazirin hesablamalarına görə, texnoloji gerilik iqtisadi potensialın da azalmasına, bazarların itirilməsinə, vətəndaşların gələcək həyat səviyyələrinin aşağı düşməsinə yol açacaq.

Rusiyanın xəstəliyi

Andrey Nechaev də Rusiyanın texnoloji cəhətdən autsayderliyini gerçəkdən "ciddi problem" adlandırır:

"Əvvəllər bir sıra istehsal sahələrində lider olsaq da, indi belə sahələrin bir-ikisektoradək azalıb: hərbi-sənaye kompleksi, maşınqayırma və elə demək olar, bu qədər. Amma ən əsası, bütün Rusiyanın xəstəliyi - qabaqcıl texnologiyalardan, alternativ enerji mənbələrindən gərəyincə yararlanmamaqdır, çünki karbohidrogen ehtiyatlarının qiymətləri düşməkdə davam edəcək. Başqa sözlə, itkilərimizi kompensasiya etmək üçün əlimizi ağdan qaraya vurmuruq".

Nechaevə görə, Rusiyanın irəli getməsi vacibdir, özəlliklə emal sahəsini irəlilətmək gərəkdir, hərçənd, bu sahədə də hiss ediləcək qədər tərəqqi yoxdur.

Putinlə qiyabi polemika

Oleq Buklemishev başqa yanaşmaya üstünlük verir:

Vladimir Putin Moskvada seçicilərlə görüşərkən, 23 fevral 2012

"Kudrin texnoloji gerilikdən və suverenliyin itirilməsindən danışanda, görünür, prezident Vladimir Putin-lə qiyabi polemika aparırmış... Mən, sadəcə, anlamıram, axı niyə suverenliyimizi itirməliyik?".

Ancaq Buklemishev də etiraf edir ki, texnoloji gerilik ölkəni sonradan aradan qaldırılması mümkünsüz iqtisadi geriliyə yuvarladacaq.

Strateji Araşdırmalar Mərkəzinin fikrincə, işləri yoluna qoymaq mümkündür, sadəcə, ertələmədən struktur islahatlarına başlamaq gərəkdir. Düzdür, bunun vacibliyindən çoxları danışır, di gəl, deyilənlər elə quruca söz olaraq qalır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə