Mobil versiya
Azərbaycandan Asiyaya rekord həcmdə neft nəql edilib
Tarix: 13-01-2017 | Saat: 15:12
Bölmə:Manşet | çapa göndər



Bu ay Asiyaya rekord həcmdə - 11 mln. barel həcmində Azərbaycan nefti göndərilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyinin məlumatında deyilir.

Məlumata görə, OPEK ölkələrinin hasilatı azaltması ilə yarana biləcək hər hansı boşluğu doldurmaq üçün Avropa və Çin treyderləri bu ay Asiyaya Şimal dənizi və Azərbaycandan rekord həcmdə - 22 mln. barel xam neft nəql edib.

Şimal dənizinin xam nefti də Azərbaycanla eyni həcmdə olub və xam neft artıq ya tankerlərdən boşaldılıb, ya da Asiya yolundadır.

“Asiyanın xam neftə ehtiyacı var. Avropanın isə bu nefti var. OPEK-in hasilatı azaltması neftin qiymətini qaldırıb ki, bu da Avropa neftinin Asiyaya nəqlini sərfəli edir”, - deyə treyderlərdən biri bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024