Mobil versiya
Soyqırımı cinayəti ilə bağlı yeni qanun hazırlanır
Tarix: 12-01-2017 | Saat: 15:01
Bölmə:Manşet | çapa göndər



Azərbaycan Milli Məclisinin yaz sessiyasında soyqırımı, bununla bağlı məsuliyyətlər barədə bir neçə qanuna dəyişikliklərlə bağlı layihələr, o cümlədən yeni qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yeni “Soyqırımı cinayətləri və onların məsuliyyəti haqqında” qanun layihəsinin hazırlığı artıq başa çatmaq üzrədir.

Layihənin parlamentin yaz sessiyasında ilk iclaslarından birində müzakirəyə çıxarılması nəzərdə tutulur.

Bundan başqa, yeni qanun layihəsindən irəli gələrək bir sıra qanunvericilik sənədlərinə də dəyişiklik edilməsi üçün layihələr hazırlanıb və müzakirə ediləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024