Mobil versiya
Almaniyada Fələstinə dəstək nümayişi zamanı Sol Partiyadan olan deputat saxlanılıb
Tarix: 13-10-2025 | Saat: 16:01
Bölmə:Özəl | çapa göndər

Almaniyada Fələstinə dəstək nümayişi zamanı Sol Partiyadan olan deputat saxlanılıb
Almaniyanın paytaxtı Berlində dünən keçirilən Fələstinə dəstək nümayişində Sol Partiyanın (Die Linke) millət vəkili Cem İncənin polis tərəfindən saxlanıldığı məlum olub.
İnce sosial şəbəkədə verdiyi açıqlamada, "Polis üzümü dəfələrlə vuraraq məni nümayişdən zorla uzaqlaşdırdı. Parlamentdə müşahidəçi olduğumu açıq şəkildə bildirmişdim və bunu dəfələrlə qışqırmışdım" dedi.

İncə bildirdi ki, polis məni öz maşınlarına aparmazdan əvvəl onun başına və üzünə şiddətlə zərbələr endirib. "Təbii ki, onlar məni dərhal azad etməli idilər, bu başqalarına verilməmiş imtiyazdır. Sözügedən polis məmuruna qarşı şikayət ərizəsi vermişik. Biz heç vaxt təslim olmayacağıq və davam edəcəyik".

Bu arada Berlin polisi ABŞ mərkəzli X şirkətinin sosial media platformasında Fələstinə dəstək nümayişində 30 nəfərin saxlanıldığını, 28 nəfər haqqında cinayət işi açıldığını bildirib.

Yazıda deputatın saxlanması ilə bağlı heç bir məlumat verilməyib.

Oktyabrın 7-də Berlinin İskəndər meydanında keçirilən Fələstinə dəstək nümayişinə qatılan Sol Partiyadan olan millət vəkili Lea Reisner də polislə etirazçılar arasında gərginliyi aradan qaldırmağa çalışarkən polisin yumruqlarına məruz qalıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2025