Serb fermerləri hökumətin kənd təsərrüfatı siyasətinə traktorlarla etiraz edirlər
Tarix: 13-10-2025 | Saat: 15:55
Bölmə:Özəl | çapa göndər

Səkkiz müxtəlif fermer birliyinin üzvləri Serbiyanın şimalındakı Novi Sad şəhərində hökumətin kənd təsərrüfatı siyasətinə etiraz ediblər.
Ölkənin bir çox yerindən traktorları ilə yola çıxan fermerlər Novi Sadda hökumət binası qarşısına toplaşıblar.
Hökumətin kənd təsərrüfatı siyasətindən və fermerlərə münasibətindən narazılıqlarını bildirən fermerlər onlarla traktoru hökumət binasının qarşısına qoyublar.
Fermerlər Serbiyanın Kənd Təsərrüfatı Nazirliyindən istehsalçılar üçün yanacaq vergilərinin ləğvini, pensiya fondlarına borcların həllini, təsərrüfat kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmasını, quraqlıqdan zərər çəkənlərə dövlət dəstəyini, kənd təsərrüfatı məhsulları bazarında inhisarçılığın qarşısının alınmasını tələb edirlər.
Serb Fermerlərin Sağalma Təşəbbüsünün nümayəndəsi Mileta Slankamenac bəzi tələblərinin illərdir səsləndirildiyini və fermerlərin keçmişdə dəfələrlə küçələrə çıxdığını bildirib.
Mövcud şərtlərə görə onların tələblərinin yerinə yetirilməsinə nikbin baxmadığını qeyd edən Slankamenac, "Ölkədəki ictimai-siyasi vəziyyəti nəzərə alaraq, tələblərimizin yerinə yetiriləcəyinə inanmıram. Lakin son bir neçə həftədir ki, xəbərdarlıq aksiyalarından sonra yenidən küçələrə çıxıb, burada olduğumuzu və problemlərimizin həll edilmədiyini hökumətə xatırlatmaq istədik" dedi.
Fermerlərin etirazının dövlət qurumlarında iş saatlarının sonuna qədər davam edəcəyi və sabah məhkəmə binasına doğru yürüş edəcəkləri bildirilib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-10-2025