Mobil versiya
SON DƏQİQƏ: Prezidentin kürəkəni güllələndi - Ara qarışdı
Tarix: 12-01-2017 | Saat: 12:04
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər



Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni, qızı Annanın həyat yoldaşı Qiqi Çiçua güllələnib.

myBaku.az-ın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 11-də Tiflisdə Balançivadze küçəsində baş verib.

Q. Çiçua xəstəxanaya yerləşdirilib.

Silahlı insidentlə bağlı ətraflı məlumat verilmir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ekspert-kriminalistlər cəlb olunublar.

Gürcüstan DİN-dən prezidentin kürəkəninin yaralanması ilə bağlı məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Anna Marqvelaşvili Gürcüstan prezidentinin birinci evliliyindən olan qızıdır. O, dicey Qiqi Çiçua ilə 2014-cü ilin dekabrında ailə qurub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024