Mobil versiya
"Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda dəyirmi masa keçirilib -Fotolar
Tarix: 31-10-2024 | Saat: 19:22
Bölmə:Gündəm | çapa göndər

"Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda  dəyirmi masa keçirilib

MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri - Yeni Azərbaycan Partiyasından Nurlan Həsənov, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin komitə sədri Fazil Mustafa, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əli-zadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Vətəndaş Həmrəyliyi Partiyasından Tənzilə Rüstəmxanlı, Ana Vətən Partiyasından Günay Ağamalı, Respublikaçı Alternativ Partiyasından Erkin Qədirli, dövlət qurumlarının, beynəlxalq parlament təşkilatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti və ekspertlər iştirak ediblər.
Dəyirmi masanı açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev tədbirin məqsədi haqqında qısa məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətində MDB üzvü olan dövlətlərlə, xüsusilə humanitar, mədəniyyət, elm, təhsil, idman, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi xəttinin aydın şəkildə izlənildiyini vurğulayıb. Ramin Rzayev Azərbaycan parlamentinin MDB ölkələrinin parlamentləri ilə dostluq münasibətlərinin qurulmasında mühüm rolunu qeyd edərək filialın fəaliyyətində göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Sonra Milli Məclisin deputatları çıxışlarında demokratik vətəndaş cəmiyyətinin formalaşmasında siyasi partiyaların rolunu qeyd ediblər, siyasi partiyaların bu gün Azərbaycanda demokratiyanın inkişafı və formalaşmasında mühüm tərkib hissələrindən biri olmasını və məhz bu yolla vətəndaşların ölkədə gedən siyasi proseslərdə demokratik iştirakının təmin olunmasına töhfə verdiklərini vurğulayıblar. Onlar qeyd ediblər ki, bütün siyasi partiyalar 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin və dövlətin siyasətinə dəstək olaraq birləşdilər və eyni mövqedən çıxış etdilər.

Tədbirdə çıxış edən MDB Parlamentlərarası Assambleyası Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA Şurası Baş katibinin müşaviri Sergey Karavayev mövzu ilə bağlı fikirlərini bildiriblər, siyasi partiyaların açıq dialoq apara biləcəyi belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Sonra dəyirmi masa iştirakçıları arasında səmimi və ətraflı dialoq aparılıb və dəyirmi masa materiallarının yekun sənədində öz əksini tapacaq tövsiyələr və şərhlər verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə